Mühasibat uçotu bölmələrinin yaradılmamasına görə cərimə


14 iyun 2019-cu il tarixində qəbul edilmiş “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna əsasən, mühasibat uçotu bölmələri yaratmayan və ya kənar mühasib cəlb etməyən müəssisələr cərimələnə bilərlər. 

Qanun mühasibat uçotu üzrə müvafiq struktur bölməsinin yaradılmaması və ya bu sahədə müstəqil xidmət göstərən kənar şəxslərin cəlb olunmamasına görə mühasibat uçotu subyektləri (yəni, müəssisələrə) üçün məsuliyyət nəzərdə tutur. 

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilir ki, “mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər mühasibat uçotu subyektləridir”. 

Lakin, Qanunun bu tələbi mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərlərinə, habelə fərdi sahibkarlara şamil edilmir. Mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarlar müvafiq sturktur bölmə yaratmadan və ya kənar mühasiblər cəlb etmədən şəxsən özləri mühasibat uçotunu aparmaq hüququna malikdirlər. 

Qanunun bu tələblərinə əməl etməyən  müəssisə rəhbərləri inzibati qaydada 300 manatdan 400 manatadək cərimələnə bilərlər. 

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
BLOG: Yeni yaranan arbitraj "hab"varı barədə bəzi fikirlər
07 Mar 2021
Recently, many governments have made efforts to establish their states as international arbitration destinations. This post discusses these emerging trends, as well as the challenges and factors affecting the prospects of such initiatives.
Mediasiya üzrə Sinqapur Konvensiyası
07 Mar 2021
Mediasiya üzrə Sinqapur Konvensiyası imzalanmağa açıq elan edilmişdir
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
07 Mar 2021
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.