Azərbaycanda yeni kommersiya məhkəmələri yaradılır


Mülki Prosessual Məcəlləyə və “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliklər haqqında Qanunlar 2019-cu ilin iyul ayında dərc edilmişdir.

Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında inzibati və iqtisadi mübahisələrə baxan inzibati-iqtisadi məhkəmələr ləğv edilərək, inzibati və kommersiya məhkəmələr yaradılır.

Yeni yaradılan kommersiya məhkəmələri bütün kommersiya mübahisələrinə və sahibkarlıq fəaliyyətinə təsir göstərən digər bəzi mübahisələrə baxmağa səlahiyyətli olacaqdır. İnzibati və kommersiya məhkəmələrinin müvafiq olaraq inzibati və kommersiya məsələləri üzrə ixtisaslaşmasının ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına təkan verəcəyi gözlənilir. 

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
BLOG: Yeni yaranan arbitraj "hab"varı barədə bəzi fikirlər
23 Jun 2021
Recently, many governments have made efforts to establish their states as international arbitration destinations. This post discusses these emerging trends, as well as the challenges and factors affecting the prospects of such initiatives.
Mediasiya üzrə Sinqapur Konvensiyası
23 Jun 2021
Mediasiya üzrə Sinqapur Konvensiyası imzalanmağa açıq elan edilmişdir
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
23 Jun 2021
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.