Fəlsəfəmiz və İctimai İşlərimiz

“Ad Rem - Bilavasitə Məqsədə Doğru” Fəlsəfəsi


Müştərilərimizin mümkün olan ən yüksək standartlara uyğun xidmətlə təmin edilməsi və xidmətlərimizin keyfiyyətini qoruyub-saxlamaq üçün, biz öz əksini latınca “ad rem”sözündə tapan “yayınmadan, bilavasitə məqsədə doğru” adlı fəlsəfəni izləyirik.  Fəlsəfəmizin mahiyyəti ondan ibarətdir ki, müştərilərə hüquqi formallıqları izah edib, riskləri müəyyən etmək kifayət deyil, müştərilərə öz kommersiya məqsədlərinə çatmaq üçün səmərəli və effektiv həll yolları təklif etmək lazımdır. 

Biz müştərilərimizin qısa müddətli və uzunmüddətli hədəflərinə diqqət yetiririk və müştərilərin biznes fəaliyyətlərini tam şəkildə başa düşərək, onların problemlərini ən səmərəli şəkildə həll edirik. Müştərilərimizin hüquqi ehtiyaclarını ən səmərəli şəkildə təmin etmək üçün biz biznes reallıqlarını nəzərə alaraq fəaliyyət göstəririk. İnanırıq ki, xidmətlərimizin keyfiyyəti bizim müştərilərimizə təklif etdiyimiz həll yollarında öz əksini tapır. 

Biliyimiz, bacarıqlarımız və beynəlxalq sahədə olan təcrübəmiz ilə yanaşı biz yerli reallıqlarından da xəbərdarıq. Buna görə də yerli reallığa uyğun olan, mümkün və effektiv həllər təklif edirik. 

Müştərilər öz məqsədlərinə nail olmaq üçün bizim məsuliyyətli, praktik və biznes-yönümlü yanaşmamıza güvənə bilərlər. İnanırıq ki, biz öz dürüstlüyümüz və xidmətlərimizin keyfiyyəti ilə müştərilərimizin etibarını qazana və onu qoruyub saxlayaraq onların etibarlı yol yoldaşı ola bilərik. Bizim baxış açımızdan müştərilərimizin strategiyasının və biznes fəaliyyətinin dərindən öyrənilməsi uğurlu şəkildə onlara xidmət göstərilməsi, onların təmsil olunması və maraqlarının müdafiə olunması üçün vacibdir.

 
Pro Bono - İctimai işlərimiz

Hüquq şirkətimiz sahibkarlıq fəaliyyətinin cəmiyyətə töhfə verməsi fikrini tam dəstəkləyir. Buna görədir ki, şirkətimiz bir çox tələbə müsabiqələrinin fəxri tərəfdaşı və sponsoru olmuşdur, hüquqşünaslarımız isə mütəmadi olaraq hüquq fakultələrinin tələbələri və digər hüquqşünaslar üçün pro bono (ictimai əsaslarla) mühazirələr və təlimlər həyata keçirirlər.


ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
BLOG: Yeni yaranan arbitraj "hab"varı barədə bəzi fikirlər
16 Sep 2021
Recently, many governments have made efforts to establish their states as international arbitration destinations. This post discusses these emerging trends, as well as the challenges and factors affecting the prospects of such initiatives.
Mediasiya üzrə Sinqapur Konvensiyası
16 Sep 2021
Mediasiya üzrə Sinqapur Konvensiyası imzalanmağa açıq elan edilmişdir
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
16 Sep 2021
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.