HAQQIMIZDA

Adrem Attorneys Azərbaycan Respublikasının Bakı şəhərində fəaliyyət göstərən, beynəlxalq reytinqi olan ixtisaslaşmış hüquq şirkətidir. Məlumat üçün bildirək ki, Hüquq Şirkəti 2015-ci ilin sonunda yaradılmışdır. Şirkət əsasən beynəlxalq arbitraj, bank, maliyyə, korporativ və beynəlxalq kommersiya hüququ sahələrində ixtisaslaşır. Şirkətin müştəriləri arasında digər müştərilərlə yanaşı beynəlxalq hüquq şirkətləri, nüfuzlu yerli və beynəlxalq əczaçılıq şirkətləri, yerli və xarici prosessinq şirkətləri, otelçilik və topdan idxal sahəsində ixtisaslaşmış şirkətlər və "Fortune 500" şirkətlər siyahısına daxil olan dünyanın aparıcı sənaye şirkətlərindən biri daxildir. Şirkət Azərbaycan, rus və ingilis dillərində hüquq xidmətləri təklif etməkdədir.


Hüquqşünaslarımızın təcrübəsi, savadı, motivasiyası və məsuliyyətli yanaşması səmərəli, etibarlı və keyfiyyətli xidmətimizin təminatıdır.

Şirkətə Azərbaycan Respublikası və ABŞ-ın Nyu York ştatının vəkili Ruslan Mirzəyev rəhbərlik edir. Ruslan Mirzəyev beynəlxalq arbitraj, mübahisələrin alternativ həlli, bank və korporativ hüquq sahələrində dərin təcrübəyə malikdir. Əvvəllər Ruslan Mirzəyev beynəlxalq olaraq ən yüksək reytinqə malik qlobal hüquq şirkətinin London ofisində və yüksək reytinqli yerli hüquq şirkətində fəaliyyət göstərmişdir. O, çoxmilyonluq arbitraj işlərində, danışıqlarda və maliyyə əməliyyatlarında müştərilərə xidmət göstərmişdir. Ruslan Mirzəyev, həmçinin, bir sıra yerli və beynəlxalq işlərdə mediator kimi fəaliyyət göstərmişdir. 

Ruslan Mirzəyevin arbitraj sahəsində məqalələri dünyanın nüfuzlu jurnallarında, o cümlədən, Kluver nəşrinin Beynəlxalq Arbitraj Jurnalında dərc edilmiştir. 

ƏLAQƏLİ XƏBƏR VƏ MƏLUMATLAR
BLOG: Yeni yaranan arbitraj "hab"varı barədə bəzi fikirlər
07 Mar 2021
Recently, many governments have made efforts to establish their states as international arbitration destinations. This post discusses these emerging trends, as well as the challenges and factors affecting the prospects of such initiatives.
Mediasiya üzrə Sinqapur Konvensiyası
07 Mar 2021
Mediasiya üzrə Sinqapur Konvensiyası imzalanmağa açıq elan edilmişdir
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
07 Mar 2021
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.