ŞİRKƏTİMİZ BARƏDƏ QISA MƏLUMAT
Adrem Attorneys Azərbaycan Respublikasının Bakı şəhərində fəaliyyət göstərən, beynəlxalq reytinqi olan ixtisaslaşmış hüquq şirkətidir. Şirkət əsasən beynəlxalq arbitraj, bank, maliyyə, korporativ və beynəlxalq kommersiya hüququ sahələrində ixtisaslaşır. Şirkətin müştəriləri arasında digər müştərilərlə yanaşı beynəlxalq hüquq şirkətləri, Azərbaycanın ən aparıcı şirkətləri, yerli və xarici prosessinq şirkətləri və "Fortune 500" şirkətlər siyahısına daxil olan dünyanın aparıcı sənaye şirkətlərindən biri daxildir. Şirkət Azərbaycan, rus və ingilis dillərində hüquq xidmətləri təklif etməkdədir. Şirkətə Azərbaycan Respublikası və ABŞ-ın Nyu York ştatının vəkili Ruslan Mirzəyev rəhbərlik edir. Ruslan Mirzəyev beynəlxalq arbitraj, mübahisələrin alternativ həlli, bank və korporativ hüquq sahələrində dərin təcrübəyə malikdir. Əvvəllər Ruslan Mirzəyev beynəlxalq olaraq ən yüksək reytinqə malik qlobal hüquq şirkətinin London ofisində və yüksək reytinqli yerli hüquq şirkətində fəaliyyət göstərmişdir. O, çoxmilyonluq arbitraj işlərində, danışıqlarda və maliyyə əməliyyatlarında müştəriləri təmsil etmişdir.
Mediasiya üzrə Sinqapur Konvensiyası
09 Aug 2019
Mediasiya üzrə Sinqapur Konvensiyası imzalanmağa açıq elan edilmişdir
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri fəaliyyətə başlamışdır
01 May 2018
Daşınar əmlak üzərində yüklülüklər, o cümlədən girovlar, elektron qaydada https://mpcr.fimsa.az ünvanında qeydiyyata alına bilər.
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçini işə dəvət edir
10 Nov 2017
Adrem Attorneys Hüquq Şirkəti iki nəfər hüquqşünas təcrübəçi vəzifəsi üzrə ödənişli əsasla işçi dəvət edir. Təcrübə proqramının 3-6 ay davam edəcəyi nəzərdə tutulur.
Digər səhifələrə keçməzdən əvvəl, burada bildirişimizlə tanış olmağınızı xahiş edirik.